Avropa Liqasının play-off mərhələsində baş tutacaq "Qarabağ" (Azərbaycan) – "Tvente" (Hollandiya) oyunun təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, avqustun 21-də baş tutacaq qarşılaşmanı Almaniyalı referi Manuel Grafe idarə edəcək.
Alman briqadasında Holger Henşel və Christian Gittelman olacaq. 4-cü hakim funksiyasını Guido Vinkman yerinə yetirəcək.
Uefa nümayəndəsi Gürcüstandan Dmitri Bokeriya, hakim-inspektor isə Danimarkadan Jørn West Larsendi.
