“Qarabağ” Türkiyədən futbolçu transfer edir
05.06.2020 , 20:34
“Qarabağ” Türkiyədən futbolçu transfer edə bilər.
Korner.az xəbər verir ki, Ağdam klubu Türkiyənin III liqasında çıxış edən “1928 Bucaspor”un oyunçusu Oğuz Aydınla maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qarabağ”ın futbolçunu transfer etməsi ilə bağlı ilk cəhdi uğursuz olub. Klub gələn həftə yenidən “1928 Bucaspor”a müraciət edəcək.