Türkiyədə hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin "Rizəspor" klubu ilə qarşılaşıb və Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu oyunda 3:2 hesabı ilə qələbə qazanıb.
"Qarabağ"ın qollarını Riçard Almeida (31), Elnur Abdulov (77) və Mustafa Dəmir (88) vurub.
Oyunun 49-cu dəqiqəsində "Qarabağ"dan Admir Teli avtoqola imza atıb.