“Qarabağ” Türkiyənin İstanbul şəhərində dünən həyata keçirilən terror aktını pisləyib.
Korner.az-ın məlumatına görə, klubun sosial şəbəkələrdəki rəsmi səhifələri “Acınız acımızdır” adlı mesaj paylaşaraq terror hadisəsi zamanı həyatını itirənlərinin ailələrinə, yaxınlarına Allah rəhmət diləyib və qardaş ölkə Türkiyəyə "başın sağ olsun" deyib.
“Beşiktaş” – “Bursaspor” matçının keçirildiyi stadionun yaxınlığında törədilən terror aktı zamanı həlak olanların sayı 38-ə çatıb.
