Türkiyənin məşhur media orqanlarından “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilir
“İlin komandası” mükafatına namizədlər arasında “Qarabağ”ın da adı olub. Lakin bu nominasiyada ilk yerə “Fənərbaxça”nın basketbol komandası layiq görülüb. “Qarabağ”a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat verilib.
Qeyd edək ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.
