Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Qarabağ" ötən gün növbəti yoxlama oyununa çıxıb. Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Türkiyənin Bank Asya liqasında mübarizə aparan "Tavşanlı Linyitspor"la qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Ağdam təmsilçisi bu görüşdə minimal hesabla qələb qazanıb. "Qarabağ"ın yeganə qolunu Bətiyar Soltanov vurub.
