Premyer Liqanın XIV turu çərçivəsində "Turan"ı qəbul edəcək "Qarabağ" klubu bu oyunun hazırlıqlarına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar günü "Simurq"la qarşılaşan komandaya dünən baş məşqçi Qurban Qurbanov istirahət vermişdi.
Günün tək çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. Ağdam təmsilçisinin hazırlığı tam heyətlə davam etdirir.
Qeyd edək ki, "Qarabağ" – "Turan" oyunu 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
