“Qarabağ” və “Zirə”dən qələbə
25.01.2023 , 18:22

Misli Premyer Liqasında 19-cu turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün daha 2 oyun keçirilib.
Günün ilk qarşılaşması Tovuzda olub. Burada yerli komanda “Turan Tovuz” turnir cədvəlinin lideri “Qarabağ”ı qəbul edib və 2:3 hesabı ilə məğlub olub.
Günün ikinci – sonuncu qarşılaşmasında isə avrokuboklara iddialı “Zirə” “Sumqayıt”la münasibətlərə aydınlıq gətirib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitub.
Misli Premyer Liqası
XIX tur
25 yanvar
14:00. “Turan Tovuz” – “Qarabağ” – 2:3
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00
16:30. “Zirə” – “Sumqayıt” – 3:1
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
