“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
20.10.2022 , 20:57

Bu gün Misli Premyer Liqasında XI tura start verilib.
Korner.az xəbər verir ki, açılış matçı Suraxanıda olub. Lider “Qarabağ” evdə “Turan Tovuz”u qəbul edib. Görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XI tur
20 oktyabr (cümə axşamı)
19:00. “Qarabağ” – “Turan Tovuz” – 3:0
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”
