Misli Premyer Liqasının 11-ci turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Korker.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri sabah yalnız iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 20-də keçiriləcək “Qarabağ” – “Turan Tovuz” matçına saat 19:00-da start veriləcək.