“Qarabağ” transferi rəsmən açıqladı
04.07.2018 , 11:15

“Qarabağ” İslandiya millisinin qapıçısı Hannes Tour Haldoursonu transfer etdiyini rəsmən açıqlayıb.
Ağdam klubu rəsmi “Feysbuk” vasitəsi ilə 34 yaşlı qolkiperin “Qarabağ”ın forması ilə şəklini paylaşıb. Şəkildə “Xoş gəlmisən” sözləri yazılıb.
Qeyd edək ki, Haldoursonun son klubu Danimarka “Randers”i olub. O, DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi.
