“Qarabağ” “Tottenhem”ə məğlub oldu
27.09.2024 , 01:29

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk matçına çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Tottenhem”lə üz-üzə gəlib.
Londonda keçirilən görüşdə Ağdam klubu 0:3 hesabı ilə məğlub olub.
Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
23:00 “Tottenhem” (London) – “Qarabağ”(Azərbaycan) – 3:0
Qol: Brennon Conson, 12, Pape Matar Sarr, 53 , Dominik Solanke, 69
Qeyri-dəqiq penalti zəbəsi: Toral Bayramov, 57
Baş hakim: Villi Delajo (Fransa)
“Tottenham Hotspur Stadium”.
