Azərbaycan kubokunun 1/8 final mərhələsində bir oyunun yeri dəyişdirilib.
Korner.az-ın PFL-in saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün qorunması məqsədi ilə “Qarabağ” – MOİK matçı “Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, qarşılaşma bu gün, saat 15:30-da başlanacaq.
