“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunu seçdi
30.08.2019 , 11:55

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov korner.az-a bildirib ki, komanda qrup matçları üçün Tofiq Bəhramov adına Respublika stadionunu sifariş edib.
Xatırladaq ki, “Qarabağ” bundan əvvəl iki il avrokubokların qrupunda ev oyunlarını Olimpiya stadionunda keçirmişdi.
