“Qarabağ” texniki məğlubiyyət aldı, 8 min cərimə edildi
23.10.2018 , 15:45

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” matçında Ağdam klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub.
