Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, gündə 2 dəfə məşq edən komanda səhər çalışmasında test yerinə yetirib.
Qış hazırlıq dönəmində olduğu kimi bu dəfə də ağdamlıların düşərgəsinə təşrif buyuran Niğdə universitetinin idman araşdırmaları fakültəsinin əməkdaşları futbolçularıın fiziki hazırlıqlarını yoxlayıblar. Emin Süelin başçılıq etdiyi araşdırma qrupunun verdiyi informasiyaya görə, normativlərə uyğun olaraq oyunçuların hazırlıq planı müəyyənləşəcək.