“Qarabağ” – ilk dəfə tam heyətlə
“Qarabağ” “Simurq”la oyunun hazırıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XIII turunda Zaqatala təmsilçisini qəbul edəcək Ağdam klubu bu günü tək məşqlə keçirib. Günün yeganə çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. “Qarabağ” eyni zamanda ilk dəfə tur üçün tam heyətlə çalışma şansı əldə edib. Belə ki, millilərdən dönən futbolçular bugün komandayla çalışıb.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” matçı noyabrın 18-də keçiriləcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 16:00-da baş tutacaq.
