“Qarabağ” Təl-Əvivdə belə qarşılandı – FOTO
21.10.2020 , 19:43

Avropa Liqasının qrup mərhələsində İsraildə “Makkabi” ilə qarşılaşacaq “Qarabağ” Təl-Əvivdə “Karabakh is Azerbaijan” şüarı ilə qarşılanıb.
Korner.az xəbər verir ki, belə ki, təmsilçimizin məskunlaşdığı otelin qarşısında məhz bu pankart asılıb.
Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
