“Qarabağ” Suriya millisi ilə nə vaxt qarşılaşacaq?
29.06.2018 , 13:53

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Suriya millisi ilə keçirəcəyi yoxlama oyununun başlama saatı müəyyənləşib
Klubun “Feysbuk” səhifəsində yer alan məlumata görə, matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Bolqarıstan “Ludoqorets”i (1:1) və Avstriya “Vakker İnsbruk”u (0:0) ilə heç-heçə edib.
