“Qarabağ” növbəti mərhələdə
27.07.2022 , 23:49

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İsveçrədə “Sürix”in qonağı olub. Oyunun əsas vaxtında “Sürix” 2:1 hesablı üstünlüyü ilə bitsə də, əlavə vaxtda Ağdam klubu hesabı bərabərləşdirib – 2:2. Bununla da “Qarabağ” növbəti mərhələyə adını yazdırıb.
Komandalar arasında Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 2:2
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, “Letsiqrund” stadionu.
İlk oyun – 2:3
