“Qarabağ” “Sürix”ə qalib gəldi
19.07.2022 , 21:49

Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə ilk oyununa çıxıb
Korner.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) – 3:2
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika Stadionu.
