Azərbaycan Kubokunda “Sumqayıt” – “Keşlə” finalı
29.04.2021 , 22:58
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Eyni gündə keçirilən iki cavab matçından sonra finalçılar müəyyənləşib.
Əvvəlcə ilk matçda qolsuz heç-heçəyə razılaşan “Qarabağ” və “Sumqayıt” birincilərin meydanında güclünü müəyyənləşdirib. Bu qarşılaşmada da 90 dəqiqə ərzində hesab açılmayıb. Əlavə yarım saatda da qol vurulmayınca qalibi penaltilər seriyası müəyyənləşdirib. Burda 5:4 üstün olan “Sumqayıt” ilk finalçı adını qazanıb.
Günün digər matçında isə “Zirə” Keşlə”ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, qəsəbə klubu bunu qoruya bilməyib. 90 dəqiqə “Keşlə”nin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqlənib. Səfərdə daha çox qol vuran “Keşlə” ikinci finalçı olub.
Azərbaycan kuboku, yarımfinal mərhələsi, cavab oyunları
29 aprel
Qarabağ – Sumqayıt – 0:0 (penaltilər 4:5)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun – 0:0
______________________________________________________________________________________________________________________________
“Zirə” – “Keşlə” – 2:3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 20:00
İlk oyun – 2:1