“Qarabağ” “Sumqayıt”a qalib gəldi, “Neftçi” “Kəpəz”lə heç-heçə etdi
04.05.2025 , 21:59

Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
“Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib və 2:0 hesabı ilə üalib gəlib.
Digər görüşdə isə “Neftçi” “Kəpəz”i qəbul edib. Matçda qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan Premyer Liqası
33-cü tur
4 may
“Qarabağ” – “Sumqayıt” – 2:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:00
“Neftçi” – “Kəpəz” – 2:2
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi Arena”, 20:00
