“Sabah”dan qələbə, “Qarabağ”dan darmadağın
15.03.2023 , 22:22

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyunu Sumqayıtda olub. Samir Abasovun rəhbərlik etdiyi yerli komanda burada lider “Qarabağ”la üz-üzə gəlib və 0:6 hesabı ilə uduzub.
Günün digər matçında turnir cədvəlinin ikincisi “Sabah” səfərdə “Zirə”nin qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXVII tur
18:00. “Sumqayıt” – “Qarabağ” – 0:6
Qollar: Leandro Andrade, 7, 49, Musa Qurbanlı, 12, 45, Abdullah Zubir, 21, Redon Cica, 88
“Kapital Bank Arena”
Əvvəlki oyunlar – 1:3, 0:2
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
20:30.“Zirə” – “Sabah” – 0:2
Zirə İdman Kompleksinin stadionu
Əvvəlki oyunlar – 0:1, 1:3
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vusal Məmmədov, Səbuhi Bayramov
