Topaz Premyer Liqanın II turunda bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun məkanı dəyişdirilıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, oyun Tofiq Bəhramov adına respublika stadionunda keçirilməli olsa da, mərkəzi arenanın ot örtüyündə problem yaranma ehtimalının olması və qazonun Avqustun 22-də Avropa liqasının “play-off” mərhələsində baş tutacaq “Qarabağ” – “Ayntraxt” matçına kimi tam ideal vəziyyətə gətirilməsi üçün bugünkü görüş “Bakcell Arena”da keçiriləcək.
Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da başlayacaq.
