“Qarabağ” – “Sumqayıt” oyunu 5 manata
15.10.2022 , 12:00

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılır.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Sabah keçiriləcək oyuna saat 17:30-da start veriləcək.
