“Qarabağ” – “Sumqayıt”: Biletlər satışa çıxarılacaq
12.05.2022 , 11:46

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda “Sumqayıt”ı qəbul edəcək.
Korner.az xəbər verir ki, saat 12:00-dan etibarən qarşılaşmanın biletləri satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
Matç saat 19:00-da başlayacaq.
