Sabah Premyer Liqanın lideri olan "Simurq"la qarşılaşacaq "Qarabağ" bu gün oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxaraq hazırlıqlarını tamamlayacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın məşqi saat 19:00-a planlaşdırılıb.
Xatırladaq ki, "Simurq" – "Qarabağ" oyunu sabah saat 18:00-da baş tutacaq.
