Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun son oyunda turnir cədvəlinin ilk pillələrini bölüşən "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək görüşdə qalib gələn tərəf lider olacaq. Komandaların qələbə şansları bərabər qiymətləndirilir.
Azərbaycan Premyer Liqası, XIII tur
29 noyabr
19:00. "Qarabağ" – "Qəbələ" – 2:1
Qol: Ozobiç 65, Riçard Almeyda 86, Dino Ndlovu 90+4
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azersun Arena"
