“Qarabağ” Slavçevlə yolları ayırdı – RƏSMİ
20.12.2019 , 19:18

“Qarabağ” yarımmüdafiəçisi Simeon Slavçevlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu barədə klubun “Feysbuk” səhifəsi məlumat yayıb.
Slavçev, 2018-ci ilin yayında Lissabonun “Sportinq” klubundan “Qarabağ”a keçmişdi.
