“Qarabağ” Skuffeti transfer edəcək?
29.07.2019 , 20:03

İtaliyanın “Udineze” klubunun qapıçısı Simone Skuffetin “Qarabağ”la adı hallanmağa davam edir.
Korner.az-ın məlumatına görə,əlcək sahibinin daha öncə “Qarabağ”a keçməyəcəyi barədə xəbər yayılmışdı.Amma klublar arasında danışıqların aparıldığı iddia edilir.
Danışıqlar müsbət olarsa, Skuffet icarə əsasında “Qarabağ”da çıxış edəcək.
Skuffet “Udineze”nin yetirməsidir.Qolkiper son mövsümü “Kasımpaşa” klubunda keçirib.
