“Qarabağ”ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub.
Korner.az-ın məlumatına görə, komanda Albaniyanın ən titullu komandalarından olan son çempion “Şkenderbeu” ilə qarşılaşacaq.
Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Xatırladaq ki, ağdamlılar ilk yoxlama oyununu sabah yerli “Wacker İnsbruck”a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu “Zenit”ə qarşı keçirəcək.
