“Qarabağ” qrupda qaldı
26.11.2020 , 23:54

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb.
İlk üç qarşılaşmada uduzan “Qarabağ” bu görüşdə iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və 2:3 hesabı məğlub olub.
Avropa Liqası
İ qrupu
26 noyabr
21:55. “Qarabağ” – “Sivasspor” – 2:3
Qollar: Abdullah Zubir, 8, Uroş Matiç, 51 – Aruna Kone, 40 (pen.), 79, Kayode, 59
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
