“Qarabağ” – “Sivasspor”: hakimlər açıqlandı
24.11.2020 , 17:44

Avropa Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, UEFA qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçilərinə həvalə edib.
Görüşün baş hakimi Yakob Kehlet olacaq. Ona yan xətlərdə Hayne Sorensen və Lars Hummelqard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yens Maa yerinə yetirəcək.
Noyabrın 26-da İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
