“Qarabağ” hər iki matçda uduzdu
25.01.2020 , 20:34

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2 yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Ağdam klubu əvvəlcə Çexiya “Siqma”sı ilə qarşılaşıb. Bakı vaxtı ilə 12:30-da start götürən matç çexlərin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Komanda 2-ci yoxlama görüşündə Polşanın “Visla” klubu ilə üz-üzə gəlib. Görüş Ağdam klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Qarabağ” bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın “Akademiya Klinçeni”si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın “Jetisu”sunu minimal fərqlə üstələyib- 1:0.
12:30 “Qarabağ” – “Siqma” (Çexiya) – 1:3
Qol: Musa Qurbanlı
“Qarabağ”: 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye
18:30 “Qarabağ” – “Visla” (Plok, Polşa) – 2:3
Qollar: Mahir Emreli, Xayme Romero
