Futbol

“Qarabağ” – “Sevilya”: Son məşqlər və mətbuat konfransları

17.09.2019 , 18:59

Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq “Qarabağ”“Sevilya”(İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Korner.az klubun saytına istinadən xəbər verir ki, sentyabrın 18-i, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında komandanın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Sevilya”nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Son yazılar

Yuxarı