“Qarabağ” – “Sevilya” oyununa nə qədər bilet satılıb?
17.09.2019 , 16:56

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sevilya” matçına maraq böyükdü.
Korner.az xəbər verir ki, satışa çıxarılan 30 min biletdən 28 mini satılıb. Bu barədə klubun “facebook”səhifəsi məlumat yayıb.
Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-di. Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
