“Qarabağ” – “Sevilya”: Hakim təyinatları açıqlandı
16.09.2019 , 16:17

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, oyunun baş hakimi Ukrayna Futbol Federasiyasından Yeven Aranovski olacaq. Ona Semen Şlonçak və İhor Alokin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Sevilya” görüşü sentyabrın 19-u saat 20:55-də başlayacaq.
