“Qarabağ” – “Sevilya”: biletlər bu gündən satışda
13.09.2019 , 11:20

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın “Sevilya” klubu ilə keçirəcəyi ev oyununun biletləri sabahdan satışa çıxarılacaq.
Məlumatı klubun feysbuk səhifəsi yayıb. Biletlərin qiyməti barədə məlumat verilməyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.
