Avropa liqası

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

30.08.2018 , 22:50

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub. Təmsilçimiz “Qarabağ”da pley-offda cavab matçında çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi hesabla qalib gəlib gəlib – 3:0.

Xatırladaq ki, “Qarabağ” ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm isə təmsilçimiz Azərbaycan futbolu tarixində ilkə imza ataraq Çempionlar Liqasının qrupunda oynayıb.

30 avqust

Avropa Liqası

Pley-off mərhələsi

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 3:0
Qol: Medvedev 9′, Gerrye 42′, Ozobiç 54′
İlk oyun – 0:1
Hakimlər
: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Son yazılar

Yuxarı