Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – "Şerif" (Moldova) qarşılaşmasının biletləri satışa çıxır.
Azarkeşlər sabah – iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
"Qarabağ" – “Şerif" matçı iyulun 25-i saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar – 5AZN
VİP – 50 AZN
