Çempionlar liqası

“Qarabağ” – “Şerif” matçı ukraynalı hakimlərə tapşırıldı

25.08.2020 , 15:59

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununun hakimləri müəyyənləşib.

Korner.az xəbər verie ki, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikolay Balakin olacaq. Ona yerliləri – Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək

Son yazılar

Yuxarı