Avropa liqası

“Qarabağ” – “Şerif”: biletlər satışda

22.08.2018 , 12:57

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qarşılaşacağı “Şerif”lə matçın biletləri artıq bu gündən satışa çıxarılıb.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 30-u saat 21:00-da start götürəcək.

Son yazılar

Yuxarı