Avrokuboklar

“Qarabağ” “Şerif”ə məğlub oldu

23.08.2018 , 22:50

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubunun qonağı olacaq.

 

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, “Şerif” isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.

 

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

 

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

 

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) 1:0

Qol: Kapiç 8

Baş hakim: Harald Lexner

Yan xətt hakimləri: Andreas Heydenreix, Maksimilian Kolbitş

Dördüncü hakim: Yulian Vaynberqer (hamısı Avstriya)

Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Teyvo Holapaynen (Finlandiya)

Tiraspol, “Şerif stadium”.

Son yazılar

Yuxarı