UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 18-də “Qarabağ” klubunun Fransanın “Sent-Etyen” komandasına qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, matçı Şotlandiyadan olan hakimlər idarə edəcək.
Qarşılamaya təyin olunan briqada aşağıdakı kimidir:
Baş hakim: Steven MakLin
Baş hakimin köməkçiləri: Qavin Harris, Fransis Konnor
Dördüncü hakim: Alasdair Ross
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas
Hakim-inspektor: Qalfi Thor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Siarhey İliç (Belarus)
