Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Seltik” matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb.
Bakıdakı oyunun baş hakimi Martin Strömbergson olacaq. Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək.
Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” oyunu saat 21:30-da başlayacaq.
