UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Qarabağ” – “Seltik” matçı canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, avqustun 5-də baş tutacaq oyun iki ölkədə yayımlanacaq. Belə ki, Almaniyanın ZDF və Böyük Britaniyanın BB TV kanalları bu qarşılaşmanı canlı olaraq azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq matçı ölkəmizdə “İdman Azərbaycan” canlı yayımlayacaq.
