“Qarabağ” – “Şaxtyor” oyununun başlama saatı açıqlandı
22.01.2019 , 17:34

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın “Şaxtyor”la yoxlama oyununun başlama saatı məlum olub.
Yanvarın 26-da keçiriələcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Görüşün yeri barədə isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, “Şaxtyor”la oyun “Qarabağ”ın Antalyada sonuncu yoxlama matçı olacaq. Ağdam klubu yanvarın 23-də isə Polşa “Piast”ı ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası buna qədər keçirdiyi sınaq matçlarında Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə uduzub, Çexiya təmsilçisi “Bohemians”a isə qalib gəlib – 3:1. Rumıniya “Botoşani”si ilə matç isə güclü yağışa görə təxirə salınıb.
