Sabah Çempionlar Liqası III təsnifat mrhləsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, qitənin ən mötəbər turnirində yeganə təmsilçimiz “Qarabağ” səfərdə bərabərə (0:0) qaldığı Çexiya çempionu “Viktoriya Plzen”lə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri artıq çatışa çıxarılıb. “Qarabağ”ın rəsmi Facebook səhifəsində yazılana görə, bu gün artıq 9000 bilet satılıb
