“Qarabağ” və “Sabah”dan qələbə
30.10.2022 , 20:30

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Şamaxıda olub. Lider “Qarabağ” burada yerli komandanın qonağı olub və 4:0 hesablı qələbə qazanıb.
Turun son matçında “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XII tur
30 oktyabr (bazar)
“Şamaxı” – “Qarabağ” – 0:4
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu, 15:00
“Sabah” – “Qəbələ” – 2:1
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
“Bank Respublika Arena”, 18:30
